atatv.az
atatv.az

Bakıda iki maşını yandırıb, sonra belə söndürdülər - FOTO

29-02-2020, 17:00


Bakıda iki maşını yandırıb, sonra belə söndürdülər - FOTO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı Kaspi Yıldız şirkəti ilə birlikdə yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayır. Artıq bununla bağlı çəkilişlər aparılıb. Videoçarx yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Bakıda iki maşını yandırıb, sonra belə söndürdülər - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.

V. Əsədov bildirib ki, son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir. Bu isə yol polisini narahat edir. Sosial çarxın çəkilməsində məqsəd də odur ki, sürücülər yanğınsöndürən balonun avtomobildə olmasının əhəmiyyətini dərk etsinlər və öz əmlaklarına qarşı laqeyd yanaşmasınlar. Təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər.
Bakıda iki maşını yandırıb, sonra belə söndürdülər - FOTO
Bakıda iki maşını yandırıb, sonra belə söndürdülər - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031