atatv.az
atatv.az

Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

2-03-2020, 17:30

Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO



Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

Nazirlər Kabineti yanında operativ qərargahdan Oxu.Az-a verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin “İçərişəhər” metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:

“Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930