atatv.az
atatv.az

Prezident Ramin Quluzadəyə yeni vəzifə verdi

2-03-2020, 20:04

Prezident Ramin Quluzadəyə yeni vəzifə verdi



Azərbaycanla Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibində dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamla Prezidentin 2009-cu il 10 avqust tarixli, 438 nömrəli sərəncamında dəyişiklik edilib.

Ölkə başçısının sərəncamı ilə sənədin 1-ci hissəsi ilə təsdiqlənmiş Komissiyanın tərkibi yeni redaksiyada verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Komissiyanın həmsədri təyin olunub.

Komissiyanın üzvləri isə aşağıdakı şəxslərdir:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, edilən dəyişiklik barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930