atatv.az
atatv.az

“Bu görüşlərin niyə seçkilərdən əvvəl keçirilmədiyi mənə aydın olmasa da..." - ekspert

2-03-2020, 20:55

“Bu görüşlərin niyə seçkilərdən əvvəl keçirilmədiyi mənə aydın olmasa da..." - ekspert

“İqtidar-müxalifət münasibətlərini kəskinləşdirən məsələlərdən biri də sərbəst toplaşmaq azadlığına yanaşmadakı ziddiyyətlərdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında fevralın 3-cü dekadasından etibarən, Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə davamlı görüşlərinin səbəbi ilə mümkün nəticələrini dəyərləndirən politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, bu təmaslar ölkədə siyasi anlaşmaya nail olunması baxımından, böyük əhəmiyyət daşıyır:

“Partiya sədrlərinin Prezident Administrasiyasının məsul şəxsi ilə görüşlərinin növbədənkənar parlament seçkilərindən əvvəl yox, sonra keçirilməsinin səbəbi haqda suala cavab vermək mənim üçün çətindir.

Hər halda, həmin görüşlərin Administrasiyanın siyasi partiyalarla işi kurasiya edən şöbəsinin rəhbəri Ədalət Vəliyev tərəfindən keçirildiyini nəzərə alsaq, zənnimcə, bu, iqtidar-müxalifət dialoqunun təşkilinə xidmət edən bir təşəbbüsdür.

O, bu məsələdə tamamilə yeni yanaşma metodundan istifadə edir. İndiyə kimi siyasi partiyaları inkar etmək, onlarla polemikadan qaçmaq siyasəti həyata keçirilirdisə, indi partiyaların rəhbərləri ilə açıq söhbət aparmaq, iqtidar-müxalifət münasibətlərini müzakirə etmək kimi tam fərqli siyasət yeridilir. Ola bilsin ki, bu görüşlərin məntiqi yekunu olaraq, siyasi partiyaların “dəyirmi masa”sı keçirilsin.

Digər tərəfdən, mövcud partiyaların bir çoxunun qərargah, bəzilərinin isə ofis problemi mövcuddur. Eyni zamanda, iqtidar-müxalifət münasibətlərini kəskinləşdirən məsələlərdən biri də sərbəst toplaşmaq azadlığına yanaşmadakı ziddiyyətlərdir. Bu anlaşılmazlıqların aradan qaldırılması əlbəttə ki, dialoqdan keçir.

Belə görüşlərin xoş niyyətdən irəli gəldiyini düşünürəm və cəmiyyətdə siyasi həmrəylik mühitinin təşəkkülünə ciddi zəmin yaratdığına inanıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930