atatv.az
atatv.az

Şamaxıda idmançını qətlə yetirən tələbə ilə bağlı - Yeni xəbər

3-03-2020, 14:01

Şamaxıda idmançını qətlə yetirən tələbə ilə bağlı - Yeni xəbər

Şamaxıda idmançının öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı iclasda Şamaxı rayon Prokurorluğunun təqdimatı təmin olunub.

Orxan Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə bu ilin fevralın 1-də gecə saat 1 radələrində Şamaxı şəhərində, "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini, 1995-ci il təvəllüdlü Ruslan Surxayevin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib.

Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir.

Sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub.
Bundan başqa, Ruslan Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı olub

İstintaq orqanı tərəfindən Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq Şamaxı rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930