atatv.az
atatv.az

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"

3-03-2020, 14:27

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"Uzun illərdir ki, Nurəddin Qasımovun döymədiyi qapı qalmayıb.
Həmişə səbrlə davranan ağsaqqal Ali qanunlarımıza inanaraq haqqın bərqərar olunmasına çox ümidlidir.
Nurəddin kişi iş adamı Fərrux Axundov tərəfindən zorakılığa, böhtanlara məruz qalıb. F.Axundov hər cür ləyaqətsiz hərəkətlərə əl ataraq, onun hüquqlarına müdaxilə etməyə çalışıb. " REŞEPT " adlanan qaraj müdiri bütün yaramaz əməllərə əl atıb ki, Nurəddinin 10-JK-383 dövlət nişanlı yük maşınını onun əlindən alsın. Beləliklə Fərruxun məkirli planı baş tutur. Maşına aid olan bütün sənədlər (tex pasport, açar, qeydiyyat nömrə nişanları və sairə ) Nurəddin kişiyə məxsus olduğu halda Fərrux Axundov saxta sənədlərlə maşını başqasına verərək, şəxsi maraqları üçün işlətməyə qərar verir.
Neçə illərdir ki, bu məsələ mübahisələrlə davam edir.
Bununla yanaşı Nurəddin kişinin dediyi kimi, ona məxsus əmək kitabçasının onlarda qalması, işbazların işinə yarayıb... Təcrübəli və bir vaxtlar təşəkkürnamələrlə təltif olunmuş sürücünün başına bir çox oyunlar gətirilib. Beləliklə bir neçə dəfə ona fiziki zərbələr də tətbiq olunub. Təqaüdə çıxmağından belə xəbəri olmayan bu insan, yenə də səbr nümayiş etdirərək haçansa haqqın qələbə çalacağına ümid bəsləyib. Onun əmək kitabçasına qanunla işlədiyi 2 il iş stajı da az yazılır. Beləliklə Nurəddin kişinin bir daha qanuni hüquqları pozulur. Bir neçə dəfə məhkəməyə müraciət edən ziyançəkən qəbul edilmiş haqsız qərarlarla razılaşa bilmir. Haqsızlıqla mübarizəni ölənə qədər davam etdirəcəyini qərara alır. Onun bizə ünvanladığı müraciəti nəzərə alıb, Astara rayonuna yollandıq. Bir neçə sualdan sonra, 5-ci məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsində keçiriləcəyini bildirdi. Biz də "AtaTv.az" xəbər portalının əməkdaşları ilə məhkəmədə iştirak etdik. Başa düşülən o oldu ki, Nurəddin kişinin işi yaman düyünə düşüb... Ötür-ötür oyunu davam edir. Özünün çox təkidi ilə etdiyi xahişi nəzə alaraq, biz Nurəddin Qasımovun başına gələnləri həm dövlət başçısına həm də aidiyyəti orqanlara çatdırmağı özümüzə borc bildik.
Nurəddin Qasımov Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Dövlət və dövlətçiliyimizə inandığını vurğuladı. Xəbər portalımız vasitəsilə çox hörmətli Prezidentimiz İlham Heydər oğlu Əliyevə və Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya da Ali qanunlarımızın keşiyində durduqları üçün şəxsi minnətdarlığını çatdırdı.
Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə səmimi görüş və söhbətləri, son zamanlarda apardığı yüksək səviyyədə islahatları xalqda ruh yüksəkliyi yaradıb.
İnanırıq ki, respublikamızda hər sahə ciddi nəzarətdədir və heç bir qanun pozucusu cəzasız qalmayacaq!
( Ardı var )

RASAFİL BAYRAMOV
İctimai xəbər agentliyinin (MMC) İxaTv.az və AtaTv.az xəbər portalların rəhbəri


"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930