atatv.az
atatv.az

"Qaçqınkomda" Xocalı sakinini, Şəhid qardaşını təhqir edərək hədələyiblər - İDDİA

3-03-2020, 15:49

"Qaçqınkomda" Xocalı sakinini, Şəhid qardaşını təhqir edərək hədələyiblər - İDDİA
Arazmedia.az-ın redaksiyasına ilginc və xoşolmayan informasiya daxil olub.

Məlumata görə, ictimai fəal, Xocalı soyqırımının vəhşətlərini yaşamış, faciəni öz gözləriylə görmüş, ailəsi 4 Şəhid vermiş, Xocalı soyqırımının dünyaya çatdırılmasında özünə məxsus əməyi olan Mürvət Məmmədov, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində böyük bir haqsızlıqla, təhqirlə üzləşib. Bu da, onsuz da heç vaxt qaysaq bağlamayacaq yarasını, yenidən qanadıb bədbəxtin...

Belə ki, fevral ayının 4-də Baş nazirin müavini Əli Əhmədovun qəbulunda olan, özünün və ailəsinin mənzil-məişət problemləriylə, sağalamlıq problemləriylə bağlı, Baş nazirin müavininə müraciət edən Mürvəti, Əli Əhmədov şəsxən qəbul etmiş və onu “qaçqınkom”-un sədri Rövşən Rzayevin qəbuluna göndərmişdir.

Rövşən Rzayev tədbirdə olduğuna görə orada vətəndaşı, komitənin Aparat rəhbəri Eldar müəllim qəbul edib. Elə narazılıq də məhz oradan qaynaqlanıb. Vətəndaşı çox etinasız, narazı şəkildə qəbul edən Aparat rəhbəri fındıq yeyə-yeyə onun, Şəhidlərin, ümumilikdə bütün xocalıların barəsində çox nalayiq ifadələr işlədib.

O, “ nə olsun Şəhid vermisən? Dur, rədd ol buradan. Utanmırsan? Yekə kişisən, aiə başçısısan, dilənməyə gəlmisən. Siz xocalılara görə, 26 fevralda doğulan övladıma 28 ildir ki, ad günü keçirə bilmirəm. Nə var, nə var, Xocalı soyqırımı günüdür. Nə qədər olar bu Xocalı yası? Ağlaşmayın unudulsun da bu yas. Ə, bura bax, durub səni ayağımın altına salaram a. Get, kimə istəyirsən şikayət et, axmağın biri axmaq” kimi, xoşagəlməz ifadələrlə vətəndaçı otağından qovmuşdur.

Xatırladaq ki, ötən həftə ATV telekanalında yayımlanan Şou ATV verilişində, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş verilişdə onun və əməkdar artist Mətanət İsgəndərlinin səsini səs rejissoru almışdı. Mürvət, Səhiyyə Nazirinin müavini Nigar xanımın ona və ailəsinə biganəliyindən, Qobustanda yeni inşa edilmiş xəstəxananın açılışı zamanı Prezident İlham Əliyevin qəbuluna düşməsin deyə, açılışdan 3-4 gün öncə qəbul edib, yağlı vədlər verməsindən danışanda, Mətanət İsgəndərlinin isə, yağış yağanda Mürvətin evinin içinə daman damcılara görə, vedrə-ləyənin otaqların ortasına düzülməsindən danışarkən, bu hal baş vermişdi.

Redaksiya olaraq düşünürük ki, Eldar müəllim “düz” deyir. Axı, o boyda vəzifə tuta-tuta, uşağına ümumxalq faciəsi, hüzn günü ad günü keçirə biməz. Axı, buna görə dərhal işini itirə bilər.

Təbii ki, bu bizim və tarixin ironiyasıdır. Ay yetkili şəxslər, bunu çıxarın, atın çölə, kişi övladına rahat ad günü keçirsin də!

Tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Arazmedia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930