atatv.az
atatv.az

Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı

5-03-2020, 08:20

Bakıda minik avtomobili “KamAz”a çırpıldı, bir nəfər ağır yaralandı

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Renault” markalı minik avtomobilini idarə edən sürücü minik avtomobilini Sənan Əsgərlinin hərəkətdə olan betonqarışdıran yük maşınına çırpıb. Daha sonra idarəetmədən çıxan minik maşını yol kənarında hərəkətsiz dayanan Eldar Bağırova məxsus “KamAz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1986-ci il təvəllüdlü Cavid Mahmudov ağır xəsarət alıb.

Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930