atatv.az
atatv.az

Kəmaləddin Heydərovun 1 milyonluq cəriməsi... - LƏĞV OLUNDU

5-03-2020, 10:34

Kəmaləddin Heydərovun 1 milyonluq cəriməsi... - LƏĞV OLUNDU

Bakı Apelyasiya Məhkəməsində "Gilan Holdinq” MMC və Fövqəladə Hallar Nazirliyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən cərimələnməsi ilə bağlı qərarla bağlı ayrı-ayrı şikayətlərə baxılıb.

Atatv.az BakuPost.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərarlar elan edilib.

Qərarlara əsasən hər iki qərar ləğv edilib və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, "Gilan Holdinq”i şirkəti 632209 ABŞ dolları, FHN-isə 331 min avro məbləğində cərimələyib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930