atatv.az
atatv.az

Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı məsələyə aydınlıq gətirdi - RƏSMİ

5-03-2020, 11:00

Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı məsələyə aydınlıq gətirdi - RƏSMİ

“Hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur. Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə dörd gün, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədris hesabına edilməsi nəzərdə tutulur”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur:

“Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər”.

Nazirlikdən bildirilib ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) bütün təhsil müəssisələrinə aiddir:

“Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsi ilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədi ilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930