atatv.az
atatv.az

Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı: Bütün kənd gəlinləri axtarır...

6-03-2020, 14:04

Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı: Bütün kənd gəlinləri axtarır...
Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.

Rayonun Təzəkənd kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar:

“Gəlinlər evdar qadınlardır. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır. Bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət olmadığını deyirlər. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzi ilə əlaqə saxlayıb. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930