atatv.az
atatv.az

Nişana gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - Video

6-03-2020, 14:20

Nişana gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - Video

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb. "Niva"nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930