atatv.az
atatv.az

Deputat seçilənlər vəzifələrindən getdilər

6-03-2020, 16:40

Deputat seçilənlər vəzifələrindən getdilər

Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin yekunlarını təsdiqləməsi ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova işdən çıxıb.

Bu barədə APA -ya Suraxanı İcra Hakimiyyətindən məlumat verilib.

Sabunçu rayon İcra Hakimiyyətindən də bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliəbbas Salahzadə dünən işdən çıxmaq barədə ərizə verib və bu gündən işə çıxmır.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə A. Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə. Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.

Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930