atatv.az
atatv.az

Bakıda 9 marşrutun istiqaməti dəyişib — SƏBƏB

6-03-2020, 21:26

Bakıda 9 marşrutun istiqaməti dəyişib — SƏBƏB

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.
"Ölkə.Az" bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930