atatv.az
atatv.az

8 mart - Beynəlxalq Qadınlar günüdür

7-03-2020, 12:20

8 mart - Beynəlxalq Qadınlar günüdür

8 mart- iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Tarixdən bəllidir ki, ilk qadın hərəkatı 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etiraz etmələri nəticəsində başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlarının bayram günü kimi qeyd olunmasına nail olub. BMT 1977-ci ildə bugünü rəsmən qadınların bayram günü kimi rəsmiləşdirib. Uzun illərdir ki, ölkəmizdə bu gün Beynəlxalq Qadınlar bayramı günü kimi qeyd olunmaqdadır. Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdikdən sonra da, məhz 8 mart ölkəmizdə qeyri-iş günü hesab olundu. Bəli, hal-hazırda hər bir Azərbaycan qadını cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib və milli-mənəvi, əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı və s. məhz, analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından üzüağ çıxa bilib. Fakt budur ki, bir çox ölkələrinin qadınlarından əvvəl Azərbaycan qadınının seçib-seçilmək hüququ əldə etməsi, həmçinin elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar, məhz onların mədəni və intellektual potensialının varlığından xəbər verir.

Hər il 8 mart- Beynəlxalq Qadınlar bayramı günü ərəfəsində cənab Prezident Azərbaycan qadınlarına təbrik ünvanlayır, qadınların bəzilərinə fəxri adlar verir, bəzilərini isə orden və ya medallarla təltif edir. Eyni zamanda bu bayram günü qadın hüquqlarının genişləndirilməsinin və azad olmalarının tarixi səbəblərinin xatırlanması üçün də, qeyd olunan xüsusi bir gündür.

Bütün bunları nəzərə alaraq, Azərbaycan qadınlarının hər birini səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, ailə səadəti, xoşbəxt günlər, firəvan həyat, yaşadıqları ömür yollarında ən ülvi istəklərinə qovuşmalarını o böyük Yaradandan arzu edirəm.


Rasafil Bayramov

AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri

8 mart - Beynəlxalq Qadınlar günüdür






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930