atatv.az
atatv.az

Murad Dadaşov Tolikin verilişini bağladı

7-03-2020, 13:07

Murad Dadaşov Tolikin verilişini bağladı

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişi bağlanıb.

Buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.
İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı axşam.az-a açıqlama verən Tolik bildirib ki, bu barədə hələlik məlumatsızdır:

"Mənə heç bir şey deyilməyib. İndi iclasa gedirəm".

Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930