atatv.az
atatv.az

Ərdoğan: Türkiyənin Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyəti yoxdur

9-03-2020, 09:05

Ərdoğan: Türkiyənin Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyəti yoxdur


Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və onun heç bir hissəsini ilhaq etmək niyyətində deyil.

“NTV” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğan bəyan edib.

“Türkiyənin müharibədən parçalanan Suriyadakı məqsədləri heç vaxt ora hücum etməkdən ibarət olmayıb. Bizim yeganə məqsədimiz Türkiyəyə sığınan 3,6 milyon və sərhədlərimizin yaxınlığında İdlibdə yaşayan 1,5 milyon suriyalının təhlükəsiz qaydada evlərinə qayıtmasına şərait yaratmaqdır. Biz ən qısa zamanda Suriyanın ərazi bütövlüyünün və siyasi vahidliyinin bərqərar olunmasını görmək istəyirik”, - deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların yerləşdirilməsinə 40 milyard dollar xərclədiyi halda Avropa Birliyi rəsmi Ankaraya bu məqsəd üçün sadəcə üç milyard dollar ayırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930