atatv.az
atatv.az

Azərbaycanın “qara qızıl”ın qiymətinin ucuzlaşmasına qarşı iqtisadi immuniteti var - ŞƏRH

10-03-2020, 10:52

Azərbaycanın “qara qızıl”ın qiymətinin ucuzlaşmasına qarşı iqtisadi immuniteti var - ŞƏRH

Dünya bazarlarında “Brent” markalı neftin qiymətinin 35 dollara düşməsi iqtisadi çevrələrin müzakirəsindədir.

Neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsir edəcəyi barədə də fikirlər səsləndirilir.

Qeyd edək ki, Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində bir barel beftin qiyməti 55 dollardan götürülüb.

Neftin ucuzlaşmasının Azərbaycana təsirləri ola bilər, belə ki, neftdən gələn gəlirlər azalar. Amma bu, iqtisadiyyat üçün şok effekti yaratmır.

Son illər Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artıb. 2019-cu ildə ölkənin ÜDM-i əvvəlki illə müqayisədə, 2,2 faiz artaraq, 81 milyard 681 milyon manata çatıb.

Üstəlik, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard manatı keçib.

Neft ixrac edən ölkələr üçün strateji valyuta ehtiyatları çox vacibdir. Strateji valyuta ehtiyatlarının çox olması dayanıqlı, balanslı iqtisadi inkişafa zəmin yaradır.

Üstəlik, Dövlət Neft Fondunun ehtiyatları kifayət qədərdir, lakin ondan səmərəli istifadə etmək lazımdır.

Kənd təsərrüfatının da inkişafı, idxaldan asılılığın azalması da Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edir.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (OPEC+) nazirlərinin görüşü nəticəsiz başa çatıb. Koronavirusun dünyada yayılması “qara qızıl”ın qiymətinə mənfi təsir edib.

OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması təklifilə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı da hasilatı artırmaq – gündəlik 10 milyon barelə qaldırmağa qərar verib. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının məqsədi Rusiyanın neft bazarlarında mövqeyini zəiflətməkdən ibarətdir.

Analitiklər bildirirlər ki, Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatın azaldılması barədə razılığa gəlsələr, “qara qızıl”ın qiyməti qalxacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930