atatv.az
atatv.az

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

10-03-2020, 13:09

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Martın 11-dəgözlənilən hava şəraitiaçıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilənməlumata görə,Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarındamartın 11-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcəisti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031