atatv.az
atatv.az

Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının məşqləri davam edir

10-03-2020, 15:46

Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının məşqləri davam edir


Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqləri davam edir. Tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanır.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Cəfər Namiq Kamal, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Cümşüd Zeynalov, Ləman İmanova, Fəridə Şahbazova, Güney Əkbərova, Firuzə Balayeva, Elnur Qədirov, Corc Qafarov), Vüsal Mustafayev, Cavidan Novruz və Xədicə Novruzlu çıxış edirlər.

Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930