atatv.az
atatv.az

“AtaTv.az”-ın əməkdaşları Həkim Qəninin ocağında

10-03-2020, 20:01

“AtaTv.az”-ın əməkdaşları Həkim Qəninin ocağındaƏzizimiz Həkim Qəni elə həqiqi həkimiydi, fəxr eləyirdi ki, Əlağa Vahidin həkimi olmuşam, onu müharibədən xəstə olduğuna görə mən azad elətdirmişəm. Bir deməzdi, beş deməzdi.
Füzulinu əla bilirdi Həkim Qəni. Hər beytini deyəndən sonra əlini - əlinə çırpıb, dərindən nəfəs alıb deyirdi. Pah atonnan, evinəcən... Bu “evinəcən” sözünün mənasını heç vaxt anlamadıq.
Bir gün məclisin şıdırğı yerində... O yerində ki, zal adamla dolu. Mürəbbəli çay stollarda... Həkim Füzulinin bir beytini açmaqda, göyün yeddinci qatında... izah gətirir. Həkimin əli də, gözü də göydə, heç birini yerə endirə bilmir. Hər şey göydə dolaşıb. Elə bu zaman dostlarının biri arxadan gəlib həkimin qulağına deyir ki, İrandan cavanlaşmaq üçün təzə dərman gətiriblər. Həkim əllərini də, gözlərini də və elə Füzulinin o açılmayan beytini də göyün yeddinci qatında qoyub özünə məxsus bir tərzdə, qalın səslə: 5 dəqiqə fasilə – deyir, gedir dərman gətirənin yanına.
Məclis vaxtı kənarda əyləşib həkimin şirin söhbətlərinə böyük maraqla qulaq asardı xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Habil Əliyev və sonra tarçılar, nağaraçılar, zurnaçılar..
Əruzu yaxşı bildiyi üçün hərdən həkimə Əlibaba Məmmədov söz atardı, həkim də qayıdardı, nə qayıdardı, izahı izah gətirərdi...
Yenə bir deməzdi, beş deməzdi...
Bax bizim Həkim Qəni belə kişi idi.
Ruhuna salam olsun, ustad !

AtaTV.az xəbər portalın rəhbəri Rasafil BAYRAMOV.
Baş redaktor : Xatirə ƏHMƏDOVA.
Baş Direktor: Yaşar ŞİRVANİ.
Operator : Azər Cəbrayıllı.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930