atatv.az
atatv.az

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü

11-03-2020, 17:00

[img=left]https://img.redaktor.az/news/2020/03/photo_91010.jpg?v=202003111603[/img]
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb.

Bu barədə Atatv.az-a TƏBİB-dən bildirilib.

Qurumun məlumatına görə, ölüm hadisələri martın 10-da baş verib.

Ölən şəxslərdən biri 1986-cı il təvəllüdlü qadındır. "O, xəstəxanaya 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olub və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. İki tərəfli pnevmoniya, ağır gedişli”dir".

İkinci xəstə isə 1999-cu il təvəllüdlü qadındır: "Xəstə 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır".

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930