atatv.az
atatv.az

46 milyon turistin gəldiyi ölkə...indi boşdur - İTALİYADAN ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR

11-03-2020, 18:57

46 milyon turistin gəldiyi ölkə...indi boşdur - İTALİYADAN ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR


İtaliya statistikaya görə, hər il 46 milyon turist qəbul edir. Ölkə büdcəsinin 16 faizi də məhz turizmdən formalaşır. İtaliyanı turistlər üçün cazibədar edən səbəblər isə müxtəlifdir. Roma İmperiyasından qalan tarix və mədəniyyət abidələri, rəngarəng mətbəx, inkişaf etmiş moda və dizayn sənayesi, yüksək arxitektura, isti dənizlərə çıxış, əsrarəngiz qumlu sahillər və Alp dağlarının ətəyində möhtəşəm qış turizmi imkanları. Bu üstünlüklərdən səmərəli istifadə edən sektordan ildə 15 milyard dollara yaxın gəlir götürməyə imkan verir.

İndi həmin muzeylər, kurortlar, moda və dizayn mərkəzləri, restoran və kafelər qapalıdır. Bircə insan belə gözə dəymir. Hər gün minlərlə turistin dolaşdığı Milandakı Duomo meydanında isə qara qarğalar dolaşır. İndi ölkə özü sanki qapalı vəziyyətdədir. Bütün ölkə isə qeyri-rəsmi karantindədir.

Və bunun səbəbi o lənətə gəlmiş koronavirusdur. O virus bugünədək İtaliyada 613 can alıb.

İtaliyanı belə görmək isə, doğrudan da ürək ağrıdır. Qalx ayağa İtaliya, sən bunu bacaracaqsan!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930