atatv.az
atatv.az

Hava şəraiti dəyişəcək, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

13-03-2020, 19:07

Hava şəraiti dəyişəcək, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək.

Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930