atatv.az
atatv.az

İranlı general koronavirusdan ÖLDÜ — SON DƏQİQƏ

13-03-2020, 20:03

İranlı general koronavirusdan ÖLDÜ — SON DƏQİQƏ

İslam İnqilabı Keşikçiləri Korpusu Generalı (IRGC, İranın hərbi-siyasi elit birliyi) Nasser Şaabani, koronavirus infeksiyasından vəfat edib. Bu barədə İranın "Tasnim News” agentliyi məlumat yayıb.
"Ölkə.Az” xəbər verir ki, Şaabani IRGC-də 37 il xidmət edib. Generalın ölümü ilə bağlı əlavə məlumat yoxdur.
Koronavirus İranın bir sıra yüksək səviyyəli rəsmilərində, o cümlədən İranın Birinci vitse-prezidenti Eskhak Cahangiri, Turizm naziri Əli Əsgər Munesan və ticarət naziri Rezu Rəhmanidə də aşkar edilib.
Qeyd edək ki, İranda koronavirus epidemiyası qurbanlarının sayı 514 nəfərə çatıb. Fevralın 19-dan bəri yoluxanların ümumi sayı 11,3 min nəfəri keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930