atatv.az
atatv.az

İdmançılarımız üçün son şans olan yarış da təxirə salındı

14-03-2020, 11:01

İdmançılarımız üçün son şans olan yarış da təxirə salındı



Parataekvondo və taekvondo üzrə Olimpiadaya vəsiqə verən Avropa Təsnifat Turniri yenidən təxirə salınıb.

Oxu.Az Dünya Taekvondosunun saytına istinadən xəbər verir ki, 16-18 apreldə Rusiyanın paytaxtı Moskvada keçirilməli olan yarış bu tarixdə baş tutmayacaq.

Avropa Taekvondosunun yunan prezidenti Atanasios Praqalos koronavirus səbəbindən bu yarışın təxirə salınmasına dair qərar qəbul edib.

Qeyd edək ki, idmançılarımızın Olimpiadaya çıxmaq üçün son şans verən bu yarış daha əvvəl 17-19 aprel tarixlərində İtaliyanın paytaxtı Milanda keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə turnir Moskvaya salınmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930