atatv.az
atatv.az

Azərbaycan Türkiyədən hərbi texnika alacaq

14-03-2020, 16:31

Azərbaycan Türkiyədən hərbi texnika alacaq

Azərbaycan Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıq alacaq.

BakuPost.az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib.

Bu ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan Müdafiə naziri döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlığın alınması bundan sonra da davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930