atatv.az
atatv.az

Nazirdən düşmən təxribatları ilə bağlı əmr

14-03-2020, 16:37

Nazirdən düşmən təxribatları ilə bağlı əmr

Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib.

Axar.az xəbər verir ki, nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib.

Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930