atatv.az
atatv.az

İki rayonun mərkəzi xəstəxanasına direktor təyin olundu

16-03-2020, 11:13

İki rayonun mərkəzi xəstəxanasına direktor təyin olundu


Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930