atatv.az
atatv.az

Lənkəranda yanğın - 20 nəfər təxliyə edildi

17-03-2020, 13:24

Lənkəranda yanğın - 20 nəfər təxliyə edildi

Lənkəranda yaşayış binasında yanğın olub.

Atatv.az-ın xəbərinə görə, hadisə Zərifə Əliyeva küçəsi bina 19, mənzil 50-də baş verib. Nailə Kamil qızı Babayevaya məxsus ümumi sahəsi 60 kv/m mənzilin 5 kv/m sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları və Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb, digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı 20 nəfərə bina sakini təxliyə edilib.

Yanğın məişət texnikasındakı nasazlıqdan baş verdiyi ehtimal bildirilir.APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930