atatv.az
atatv.az

Azərbaycanda məhkumlar koronavirusa görə azadlığa buraxılacaqmı? - RƏSMİ AÇIQLAMA

17-03-2020, 14:30

Azərbaycanda məhkumlar koronavirusa görə azadlığa buraxılacaqmı? - RƏSMİ AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi koronavirus bir sıra ölkələrdə məhkumlar arasında da ciddi narahatlığa səbəb olub.

Braziliyada 1350 məhkum həbsxanadan qaçıb, İranda isə 85 min məhkumun müvvəqqəti olaraq azadlığa buraxılmasına qərar verilib.

Bəs görəsən, ölkəmizdə cəzaçəkmə müəssisələrindəki məhkumlar azadlığa buraxıla bilərmi?

Məsələ ilə bağlı ”MediaPost”un suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu barədə hələlik məlumatsız olduğunu deyib.

Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə cəzaçəkmə müəssisələrində müvafiq tədbirlər görüldüyünü deyib:

"Koronavirusa qarşı bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilib. Vəziyyət nəzarət altındadır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930