atatv.az
atatv.az

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

17-03-2020, 14:57

Məktəblərdə tətilin mayın 31-dək davam edəcəyi xəbərlərinə RƏSMİ CAVAB

Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb:

"Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər.

Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930