atatv.az
atatv.az

Bakının 4 rayonunda əməliyyat: 7 nəfər həbs edildi

17-03-2020, 15:30

Bakının 4 rayonunda əməliyyat: 7 nəfər həbs edildi

Bakının bir neçə rayonunda oğurluq hadisələrinin üstünün açılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri, su qızdırıcısı, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağacanov saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin 1200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov tutulub.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Y.Burcəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Fərəcov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun martın 8-də rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini Z.Nəsirlinin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun və H.Dadaşzadənin ətraflarında Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsində araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayonlar ərazisindəki 4 mağazadan ümumilikdə 2530 manat pul, 3 ədəd mobil telefon və 300 manat dəyərində maqnitofon oğurlamaları müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki mağazaların birindən 11.450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov saxlanılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930