atatv.az
atatv.az

Milli Məclisin plenar iclasları dayandırılıb

17-03-2020, 17:31

Milli Məclisin plenar iclasları dayandırılıb
Milli Məclisin plenar iclasları dayandırılıb.

Metbuat.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur: “Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Əgər komitələr hələlik qanun layihələrinin müzakirəsi məsələsini dayandırıbsa, Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi barədə daha sonra məlumat verəcəyik. Komitələr nə vaxt işinə başlayacaqsa, ondan sonra plenar iclas təyin olunacaq”.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar Baş nazirin göndərdiyi məktubda əksini tapan təlimatlara uyğun olaraq parlamentin komitə və komissiyalarının iclaslarının bu gündən dayandırıldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930