atatv.az
atatv.az

Metronun da fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

18-03-2020, 12:37

Metronun da fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA


"Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur”.

Atatv.az xəbər verir ki, ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdikləri metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə stress yaşadır.
O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bu məsələyə münasibət bildirib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, Metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur:

"Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur.

"Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.

Qərargahın və aidiyyatı səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930