atatv.az
atatv.az

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək.

19-03-2020, 11:40


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək.

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.

Vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.

Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 498-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq.

Bundan əlavə 20-28 mart 2020-ci il tarixində Cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930