atatv.az
atatv.az

Azərbaycanda fövqəladə vəziyyət elan edilsin - TƏKLİF

19-03-2020, 12:52

Azərbaycanda fövqəladə vəziyyət elan edilsin - TƏKLİF

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması bu gündən dayandırılıb.

Belə qərarın verilməsi isə cəmiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, müzakirələr gedir ki, bu qaydanın tətbiqi konstitusiyaya, insanların azad hərəkət etməsinə ziddir.

Məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə deyir ki, nəinki hərəkət məhdudlaşdırılmalı, ölkədə fövqəladə vəziyyət tətbiq olunmalıdır:

“Düzdür, bu qərarın verilməsi hərəkət azadlığına ziddir. Amma gəlin unutmayaq ki, koronavirusun ölkə ərazisində yayılması bizim iradəmizdən asılı olan bir məsələ deyil. Bununla bağlı təbii olaraq ki, tədbirlər görülüb, müvafiq qaydalar müəyyənləşdirilməlidir. Düzdür, bütün sahələrdə müəyyən məhdudiyyətlər var, amma yaxşı olardı ki, ümumiyyətlə Azərbaycanda fövqəladə vəziyyət elan edilsin. Şərait tələb edir ki, yollar bağlasnın çünki əsas olan insanların sağlamlığının təhlükəsizliyidir. Konstitusiyada təhlükəsizlik hüququnun təmin edilməsi ilə bağlı bu cür addımların atılması, yəni məhdudlaşdırıcı tədbirlər mümkündür. ABŞ və digər ölkələrdə fövqəladə vəziyyət elan edilib. Hamı da yekdilliklə bu qərarı dəstəkləyir. Bizdə də bu cür qərarın verilməsi yekdilliklə dəstəklənməlidir. Çünki 100 ildə olan bir hadisədir, kim bilə bilərdi ki, pandemiya bütün dünyanı cənginə alıb belə itkilərə səbəb olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930