atatv.az
atatv.az

Koronavirus bəlası bu tarixdə bitəcək

21-03-2020, 11:52

Koronavirus bəlası bu tarixdə bitəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, krallıqda koronavirusun yayılmasının qarşısı 12 həftə ərzində alına bilər.

Atatv.az medicina.az-a istinadən bildirir ki, o bildirib ki, 12 həftədən sonra vəziyyətin yaxşı mənada dəyişəyəcəyinə ümidlər böyükdür. Hökumət başçısının sözlərinə görə, vəziyyət normallaşandan sonra ehtiyatı əldən vermək olmaz. "Böhranın bitdiyini düşünüb səhlənkarlıq etmək olmaz. Bəlkə də bu problemin tamamilə aradan qalxması illər ala bilər" - deyə Conson bildirib.

Britaniyalı alimlər isə hesab edir ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin olmaması dünya ölkələrində vəziyyətin ağırlaşmasına səbəb olub.

Elm adamlarına görə, vəziyyətdən çıxmaq üçün 3 yol var: Peyvəndin tətbiq olunması, virusa qarşı kütləvi şəkildə insanlarda immunitetin formalaşması və insanların özlərinin aldığı tədbirlər. Alimlərin sözlərinə görə, hər 3 tədbir virusa qarşı mübarizədə effektli olacaq.

Bildirilir ki, təsiredici peyvəndin hazırlanması 12-18 ay ala bilər. İmmunitetin formalaşması üçün 2 ilə ehtiyacın olduğu güman edilir. Demək ki, ən pis halda koronavirus təhlükəsi 2 il davam edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930