atatv.az
atatv.az

Vilayət Eyvazov yeni rəis təyin etdi

21-03-2020, 12:33

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Aatatv.az -ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Salyan Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan RPŞ-nin keçmiş rəisi, polis polkovniki Cəbrayıl Vəliyev DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930