atatv.az
atatv.az

Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır

22-03-2020, 18:37

Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır


Tarixən xalqımız Azərbaycan torpaqlarında doğulub boya-başa çatan igid, mərd, əliaçıq, qeyrətli, xeyirxah əməl sahibi olan və s. kimi göstəriciləri özündə cəmləşdirən övladlarının adları ilə hər zaman fəxr edib, adlarını yaddaşlarda yaşadıb, hətta onların adlarını gələcək nəsillərə əmanət də qoyub gediblər. Bəli, tarixdə elə bir dövlətimiz olmayıb ki, həmin dövlətin varlığı dövründə atdığı addımları ilə adı tarixə yazılan oğul və qızları olmasın. Bu belə belə olub, inşallah bundan sonra da belə olacaq. Çünki dünya ölkələrinin bir çoxunda olduğu kimi, Azərbaycan Respublikasının ərazisində də doğulmuş, boya-başa çatmış çoxsaylı oğul və qızlarımız olub ki, onlar ömür yollarında elə bir silinməz izlər buraxıblar ki, həmin izlər heç vaxt unudulmayıb, heç zaman da yaddaşlardan çıxarılmayıb. Belə övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar daha yaxşılar sırasında öz şəxsi keyfiyyətləri, göstərdikləri qəhrəmanlıqları, şücaətləri, atdıqları addımları və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olublar. Bir sözlə, xalq öz sevimli və qəhrəman övladlarının adları ilə hər zaman fəxr edib, hətta iftixar hissi də keçirib.

Haqqında söhbət açğımız Əsəd Sultan oğlu Əsədov da, məhz belə oğullardan biridir və bu gün onun doğum günüdür. Əsəd Əsədov 1956-cı ilin mart ayının 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olur və 1963-1973-cü illər ərzində Zəngilan rayonunun Mincevan qəsəbəsində orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra o, 1975-ci ildə Sovet Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətə başlayır. Elə ki, o, hərbi xidmətini başa vurur, o halda çox keçmir ki, Əsəd Əsədov Saratov vilayətinin Krosnıkutsk şəhərində təyyarəçilik məktəbinin mülki aviasiya şöbəsinə daxil olur. 1976-cı ildə bu peşəyə mükəmməl yiyələnən Əsədov, doğma Vətəninə döndükdən sonra Yevlax Mülki Aviasiya idarəsində öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır. Qısa zaman kəsiyində bu peşənin incəliklərinə yiyələnən Əsəd Əsədov, çox keçmir ki, Yevlax Mülki Aviasiya idarəsinə məxsus H-2 təyyarəsinin komandiri vəzifəsinə də təyin olunur. Həmin vaxtlarda o, erməni seperatçı qüvvələri ilə davam edən ölüm-dirim savaşlarında düşmən qövvələrinə çoxsaylı zərbələr endirir. 29 oktyabr 1991-ci il tarixdə Əsəd Əsədov, 9 nəfər heyyətlə Xocalı areportunda havaya qalxarkən, onun idarə etdiyi heliokopter Xanabad kəndi üzərində qəflətən düşmənin hücumuna məruz qalır. Həmin an o, 9 nəfərlə birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olur. 25 noyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 337 saylı Fərman əsasında, Əsəd Sultan oğlu Əsədov ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı fəxri adına layiq görülür. O, ailəli idi və dörd övladı var.

1992-ci ildə Azərbaycan Respublikasının milli qəhrəmanı fəxri adına layiq görülən Əsəd Əsədovun bu gün doğum günü taman olsa da, hal-hazırda dünyada və respublikamızda baş verən məlum olaylarla bağlı hansısa tədbiri keçirmək mümkün deyil. Ona görə də, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, həmçinin adı çəkilən qurumun Nərimanov rayon nümayəndəliyinin sədri Ətan Məmmədov real durumu nəzərə alaraq, bu yöndə heç bir tədbirin keçirilməyəcəyini bildirdilər. Milli Qəhrəmanın ruhuna, həmçinin bütün şəhidlərin ruhuna dualar oxuyub, tədbirin təntənəli şəkldə deyil, sadəcə olaraq Əsəd Əsədovun qürurlu adı ilə iftixar hissi keçirməklə, ruhuna dualar oxumaqla başa çatdımağı məsləhət gördülər. Allah rəhmət eləsin!

Onu da qeyd edək ki, bu yöndə ünvanladığımız hər bir sualı Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Nərimanov rayon nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Mətanət Akifqızı olduqca dolğun və əhatəli şəkildə cavablandırdı. O, onu da qeyd etdi ki, “Təkcə Əsəd Əsədovun adı deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan hər kəsin adı, məhz Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin və ona tabe olan yerli şöbələrin rəhbər şəxsləri tərəfindən hər zaman uca tutulur, hər zaman xatirələri böyük ehtiramla yad olunur. Qaldı ki, Əsəd Əsədovla bağlı tədbirin “karantin” vəziyyətindən sonra keçiriləcəyi diqqətdə saxlanılıb”.

Rasafil Bayramov

“İctimai Xəbər Agentliyi”nin rəhbəri


Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır
Şəhid adı unudulmur, heç zaman yaddaşlardan çıxarılmır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930