atatv.az
atatv.az

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış etdi

23-03-2020, 14:58

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış etdiTokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaqla bağlı çağırış edən ölkələrin sayı 10-a çatıb.

Apasport.az saytının məlumatına görə, Norveç, Sloveniya, Serbiya, Xorvatiya, ABŞ, Fransa, Kanada, İspaniya, Braziliya və Avstraliyanın milli olimpiya komitələri yarışı təxirə salınmasını zəruri sayıb.

Təxirə salınmaq tələbi irəli sürən ölkələrdən ikisi daha sərt addım atıb. Kanada Tokio-2020-dən imtina edib, Avstraliya isə yarışa idmançı göndərməyin mümkün olmadığını açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsinə çağırış edənlər siyahısına Beynəlxalq Atletika Federasiyası (World Athletics) və ABŞ Atletika Federasiyası (USATF) da qoşulub.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930