atatv.az
atatv.az

Belə şərəfsiz də varmış... - Pula görə şəhidin qəbrini sökdü

26-03-2020, 15:54

Belə şərəfsiz də varmış... - Pula görə şəhidin qəbrini sökdü


Xaçmaz rayonu Qaraqurtdu kənd qəbiristanlığındakı məzarların bəzək-naxışlarını oğurlayıb.

Yenisabah.az xəbər verir ki, bəzəkləri oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş Səlimov Arif Sərkar oğluna aiddir.

Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, olayı törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.

Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

https://video.yenisabah.az/embed.php?vid=da82fb234






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930