atatv.az
atatv.az

“Bakı Metropoliteni” koronavirusla mübarizəyə vəsait ayırdı

26-03-2020, 18:11

“Bakı Metropoliteni” koronavirusla mübarizəyə vəsait ayırdı


“Bakı Metropoliteni” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Bakı Metropoliteni” QSC işçilərin əməkhaqqından 100 min manat məbləğində vəsait köçürüb.

“Bakı Metropoliteni” QSC-nin kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna hazırda fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930