atatv.az
atatv.az

G20 liderləri ilk dəfə virtual sammit keçirir

26-03-2020, 19:25

G20 liderləri ilk dəfə virtual sammit keçirirDünyada ən böyük iqtisadiyyata malik 19 ölkədən və Avropa Birliyindən (AB) ibarət “Great 20” (ingiliscə “Böyük 20” – red.) təşkilatının liderləri ilk dəfə virtual sammit keçirirlər.

Al Arabiya telekanalı xəbər verir ki, G20 liderləri koronavirusla mübarizə tədbirlərinə dair ilk dəfə olaraq virtual sammitə başlayıblar.

Bu il G20-yə Səudiyyə Ərəbistanı sədrlik edir və kral Salman bin Al Saud iclasda sözə başlayıb.

Kral çıxışını oxuduğu zaman digər ölkələrin rəhbərləri və beynəlxalq təşkilatların başçıları onu ofislərində monitorlarda izləyirlər.

“Biz müxtəlif səviyyələrdə qətiyyətli addımlar atmağı tələb edən koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün dünyanın ən böyük iqtisadi liderləri olaraq məsuliyyətimizi nümayiş etdirərək görüşürük”, - kral deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930