atatv.az
atatv.az

Milli Məclisin iclaslarından yayınan deputatlar məsuliyyətə CƏLB OLUNACAQ

27-03-2020, 11:02

Milli Məclisin iclaslarından yayınan deputatlar məsuliyyətə CƏLB OLUNACAQ

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.

Bu, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə parlamentdə qəbul ediləcəyi təqdirdə, qanun 7-ci maddəsinin adı "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” "Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənəcək. Qüvvədə olan qanuna əsasən, deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Layihədə qeyd edilir ki, deputat Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzürsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.

Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

//APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031