atatv.az
atatv.az

Sahil Babayev ölkədəki sosial işçilərin sayını açıqladı

27-03-2020, 11:53

Sahil Babayev ölkədəki sosial işçilərin sayını açıqladı


“Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Həmin vaxtdan bu günə kimi 10 mindən artıq ahıl şəxs qeydiyyata alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabineti yanında operativ qərargahın dünən keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində 1600 nəfər ahıl şəxs qeydiyyata alınıb:

“8500-dən çoxu ölkəmizin digər regionlarında tənha yaşayan ahıl şəxslərdir. Ölkə üzrə bu işə 1400 sosial işçi cəlb olunub”.

Nazir qeyd edib ki, ahılların sayına uyğun olaraq, 200 sosial işçi Bakıda, təxminən 1200-ü isə regionlarda fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031