atatv.az
atatv.az

“Kirayə və icarə qiymətləri azı iki dəfə azaldılmalı, günəmuzd işləyənlər nəzərə alınmalıdır” - TƏKLİF

28-03-2020, 10:50

“Kirayə və icarə qiymətləri azı iki dəfə azaldılmalı, günəmuzd işləyənlər nəzərə alınmalıdır” - TƏKLİF

\
“İqtisadi vəziyyət sabitləşənə qədər əmlak kreditlərinin ödənişi ən azı 3-4 ay dondurulmalıdır”.

Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı xüsusi rejimin tətbiq olunması Bakıda kirayəşin qalaraq, günəmuzd çalışan rayon qeydiyyatlı vətəndaşlar üçün ciddi problem yaradır.

Eyni zamanda, mənzilini daxili kreditləşmə və ya ipoteka yolu ilə alan vətəndaşlar da yaranmış vəziyyətdə ciddi problemlə üzləşiblər. Bu fonda kirayədə qalan, xüsusilə də, günəmuzd çalışan vətəndaşlarımız üçün dövlət səviyyəsində güzəştlərin tətbiqinə yönəlik gözləntilər artmaqdadır.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası əmlak sahəsinə, xüsusən də kirayə bazarında çökmə halını getdikcə artırır:

“Vəziyyətin kritikliyini nəzərə alaraq, obyekt sahibləri vətəndaşlara müəyyən güzəştlər etməlidirlər. Məsələn, min manat civarında icarəyə verilmiş obyektin qiymətinin ən azı iki dəfə azaldılması mümkündür. Nəticədə mövcud problem aradan qalxana qədər icarədarlar ayaqda qala bilərlər. Əks halda, boşalan obyektlər uzun müddət istifadəsiz qalacaq.

Analoji addım həmçinin mənzillərini kirayə verən vətəndaşlara da aid olmalıdır. Bundan əlavə, təkcə Bakıda yüzlərlə mənzil kredit yolu ilə vətəndaşlara satılıb. Həmin vətəndaşların mövcud sosial durumu nəzərə alınaraq, dövlət səviyyəsində güzəştlərin tətbiq edilməsinə ehtiyac var”.

Elnur Fərzəliyev onu da qeyd edib ki, paytaxtda günəmuzd işləməklə müəyyən qazanc əldə edən vətəndaşların mövcud şəraitdə bölgələrdə kənd təsərrüfatı ilə məşğul ola bilmələrinə dövlət tərəfindən şərait yaradılmalıdır:

“Həmin kateqoriyaya aid vətəndaşlara dövlət tərəfindən öz rayonlarında kənd təsərrüfatını inkişaf etdirmək ücün uzunmüddətli kreditlər ayrılmalıdır. Beləcə, mövcud vəziyyət kənd təsərrüfatını inkişaf etdirməyə yol aça bilər.

Əgər paytaxt iqtisadiyyatında çökmə varsa, bunun qarşılığı olaraq, mütləq bölgə və kəndlərimizi inkişaf etdirməliyik. Əks halda, bu vəziyyətdən çox ciddi zərərlərlə çıxmış olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031