atatv.az
atatv.az

Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA

28-03-2020, 13:35

Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA


16 mart-30 aprel tarixlərində Azərbaycan ərazisində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri tətbiq edilmir. Onların qəbul şöbələrinə gəlmələri tələb olunmur.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O deyib ki, ölkədə olma müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər.

Vüsal Hüseynov deyib ki, bununla da, müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək.

“İnternet səhifəsində iki məlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodu götürülərək, “Exspress pay” terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Azərbaycanda olma müddəti aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək.

İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031