atatv.az
atatv.az

Biz niyə REALLIQI dərk edə bilmirik....?

31-03-2020, 17:30

Biz niyə REALLIQI dərk edə bilmirik....?
Artıq bəşəriyyətin bəlasına çevrilmiş koronovirusla mübarizə variantlarından biri, insanlarımızın adi karantin qaydalarına əməl etməsi çağrışıdı. Amma, bu çağırışa bütün neqativ hallara baxmayaraq vətəndaş, insan olaraq bizlərin əməl etmə məcburiyyəti, çox eybəcər mənzərələri diqqətimdən yayındırmadı.
Bir neçə gün idi ki, BakBUS un xidmətindən istifadə edib, işə və evə gəlirdim. Həqiqətəndə içimdə bir neçə gün idi ki, bəzi xırda narazıçılıqa baxmayaraq, son proseslərdə işlərinə görə" Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin, Bakı Nəqliyyat Agentliyinin, BakBUS un, qoyulan tapşırıqları can-başla, səbirlə, böyük həvəslə yerinə yetirən əməkdaşlarına deyilə biləcək, böyük minnətdarlıq hissi keçirdi. Həqiqətən 30 nəfərlik oturacaqda 15 nəfərlə dayanacaqdan tərpənən, yol boyu dayanacaqlarda, boşalan yerdən artıq sərnişin götürməyən sürücülərin nə qədər hövsələli olduğun, deyilən xoşa- gəlməz sözlərə əhəmiyyət verməyib, artıq cavab söyləmədən, mübahisəyə şərait yaratmayan bu insanların vəzifə məsuliyyətindən sevinirdim. Bütün hirsin-hikkəsin sürücünün üstünə tökən, sərnişin vətəndaşlarımızı görəndə, içimdən bu insanlara haqq qazandırmaq keçsədə, vəziyyəti dərk edə bilməməymizi düşünüb, bu tip insanları qınamaqdan başqa çarəm qalmırdı. Sözün həqiqi mənasında bir çox qurumlardan, adın yuxarıda çəkdiyim BNA, Koroğlu NMM, BakBUS yetərincə yüksək səviyyədə xidmət göstərmək cəhdi, dəyərləndirilməli mücadiləydi.
Amma məni düşündürən, bu məcburi istəyə qarşı çıxan, onlara ağıllarının gücü çatdığı qədər cavab verən, sərnişin vətəndaşlarımızın hikkəsi, davranışıydı. Bu mənzərəni görüb dəhşətə gəlirdim. Dünyanı cənginə almış, ölüm saçan faciəni biz bu qədərmi dərk edirik, yoxsa...
Böyük İNSAN kütləsin görüb, kənarda dayanaraq 4, yada 5 avtobus yola salmaq məcburiyyətində qaldım. Həmin ərəfədə çığır-bağır, haqlıda olsalar səsləndirilən ittihamların, bu basa-basada itib batdığın görüb, içimdə acı-acı gülürdüm. Biz özümüzün, yaxınlarmızın, əzizlərmizin sağlamlığına bu qədərmi laqeyidik...?
Axı bu virus, adi bir təmasdan da insandan, insana keçir.
Nəhayət, növbəti avtobusa birtəhər minə bildım. Salonda hər qoşa öturacaqdan biri, tək oturacaqdan birindən, biri boş saxlanılması üçün yazı müraciət vurulmuşdu. Növbəti dayanacaqlarda birində sürücünün azərbaycansayağı sürücülük damarı tutdu. Demək olar ki, boş oturacaqlar hamsı doldu, əlavə ayaqüstü sərnişinlərdə oldu. Oturduğum oturacaqın arxasında yenicə oturmuş sərnişin, etirazın bildirirmiş kimi at kimi elə "fırnıxdı" ki, nəfəsi az qaldı, başımdan papaqı qaldırsın. Bir az keçdi, boğazın arıtlayan kimi öskürdü. Artıq canımı üşütmə almışdı. Ciddi-cəhdlə qorunmağa çalışırdım. Tibbi maskamın yan, yörəsin yoxladım, cibimdə gəzdirdiyim spirti götürüb, əllərimi dezinfeksiya etdim. Qorunmaq üçün, bütün lazım olan vasitələrdən istifadə etsəmdə ürəyim rahat deyildi. İnanın ki, 3 gün təşviş, şübhə qorxusu içində yaşadım. Bu yazını bu təsir altında yazıb, bütün dost-tanışlara üz tutub deyirəm.
ÖZÜNÜZÜN, AİLƏNİZİN, YAXINLARINIZIN, ƏZİZLƏRMİZİN VƏ MİLLƏTİMİZİN XATİRİNƏ, BİZDƏN TƏLƏB OLUNANLARA ƏMƏL EDƏK....
EVDƏ QALAQ, EHTİYAC YARANMASA EVDƏN ÇÖLƏ ÇIXMAYAQ. XALQIMIZI, MİLLƏTMİZİ, DÖVLƏTMİZİ, BU BƏLA QARŞISINDA UTANC VƏZİYYƏTDƏ QOYMAYAQ...
INANAQ Kİ, DÖVLƏTİMİZDƏ BUNU YETƏRİNCƏ DƏYƏRLƏNDİRƏCƏK....

Elxas Comərd

AtaTv.az xəbər portalının direktor müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031