atatv.az
atatv.az

Polis vətəndaşları elektron cihazlarla izləyəcək - Daha bir karantin TƏDBİRİ

2-04-2020, 10:32

Polis vətəndaşları elektron cihazlarla izləyəcək - Daha bir karantin TƏDBİRİ

"Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o məişət tullantısını tullamağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.

O bildirib ki, hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək:

"Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.

Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək".

Rəis müavini əlavə edib ki, insanların yaşadıqları evi nə qədər məsafədə tərk etmələri məsələsi ilkin olaraq işlənilib:

"200 metr məsafə nəzərdə tutulub. Ancaq bu son fikir deyil, tam qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930